Xərçəngdən daha təhlükəli 5 ölümcül xəstəlik


Digərləri 25 Sen 2019 23:54:00 234 0

Xərçəngdən daha təhlükəli 5 ölümcül xəstəlik

Həkimlər onkoloji xəstəliklərdən daha qorxulu beş ölümcül xəstəliyin adını açıqlayıb.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bədxassəli şişlər belə bəzən erkən diaqnoz zamanı müalicə olunur, amma bəzi xəstəliklər var ki, insan üçün bir şans belə saxlamır.

Bunlardan biri Creutzfeldt - Jakob və ya "dəli inək" xəstəliyidir. Xəstəlik beyin və onurğa beyninə, sinir uclarına təsir edərək onları tədricən məhv edir. Bu xəstəlik nəticəsində xəstə həyat üçün vacib olan duyğulardan məhrum olur.

İkinci yerdə ölümcül yuxusuzluq gəlir. Bu, 7 aydan 3 ilə qədər davam edən, insanı tədricən öldürən, hallüsinasya və panik-ataklarla müşahidə olunan irsi xəstəlikdir.

Növbəti yerə həkimlər vəhşi heyvanların dişləməsi nəticəsində orqanizmə yaradan daxil olan infeksiya nəticəsində yaranan quduzluğu qoyur. İnkubasiya müddəti bir neçə gündən üç aya qədər davam edir.

"Federal Xəbər Agentliyi" bildirir ki, iki həftə ərzində quduza yoluxmuş şəxs peyvənd olunmazsa, quduzluq müalicəolumaz mərhələyə keçir və xəstə ürək iflici, ya da nəfəs darlığından ölür.

(adsgarden = window.adsgarden || []).push({});