Gecə növbəsi işləyənlərdə bu xəstəliklər olur Səbəb


Digərləri 25 Sen 2019 23:41:00 243 0

Gecə növbəsi işləyənlərdə bu xəstəliklər olur  Səbəb

Sutkalıq təbii ritmin pozulması immun hücüyrələrin işinə mənfi təsir edir.

Son.az medicina.az-a istinadən bildirir ki, elmi fondun mütəxəssisləri olan onkoloq, nevroloq və kardioloqlar gecə növbəsində işləyənlər, eləcə də gecə yuxusu almayıb işini görən insanlarda piylənmə, kökəlmə və bağırsağın iltihabi xəstəlikləri yaranmasını aşkar edib. 

İnsan orqanizminin bütün hüceyrələri daxili bioloji saata, yəni sutkalıq ritmə tabedir. Yəni hüceyrələr gündüz-gecə fərqli çalışır. Bu əmri isə baş beyin verir.  Ona görə gecələr yatmayıb işləyənlərdə cəmi 1 il ərzində sağlamlıqlarında ciddi fəsadlar yaranır, bağırsaq pozulur.

Belə ki, bağırsağı tənzimləyən xüsusi immun hüceyrələr çirkad genlərə tabedir. Gecə ilə gündüzün yeri qarışanda bağırsaqlarda infeksiyalarla mübarizə aparma sistemi zəifləyir, piy, yağlarən sovrulması pozulur. 

Süni olaraq çirkad genlərin işini pozduqda bədəndə piy toplanması artır, bağırsaq divarlarının keçiriciliyi pozulur. 

(adsgarden = window.adsgarden || []).push({});