Bu dərman şirkəti 2 min insanın ölümünə səbəb olub Azərbaycanda satılırmı?


Digərləri 25 Sen 2019 23:10:00 344 0

Bu dərman şirkəti 2 min insanın ölümünə səbəb olub  Azərbaycanda satılırmı?

Parisdə Fransanın əczaçılıq şirkəti olan "Servier"ə qarşı məhkəmə prosesi başlayıb. 

Son.az medicina.az-a istinadən bildirir ki, bu Fransa tarixində ən qalmaqallı bir proses sayılır.

Məhkəmədə 2600 iddiaçı, 376 vəkil və 25 cavadeh iştirak edir. İddiaçılar "Servier" şirkətinin çəkinin azaldılması üzrə buraxdığı "Mediator" pereparatının 500 adamın ölümünə bais oldğunu iddia edirlər. Bu rəqəmi 2010-cu ildə Sanitar nəzarəti və dərman pereparatlarına nəzarət üzrə Agentlik elan edib. Müstəqil təhqiqatçılar isə bu dərmanın qurbanlarının sayının 2000, zərər çəkənlərin isə 5000 olduğunu bildirirlər. Məhkəmə bu məsələni araşdırır.

"Mediator" pereparatı "Servier" şirkəti tərəfindən 70-ci illərin ortalarından buraxılır. İlk olaraq bu pereparat artıq çəkidən əziyyət çəkən şəkər xəstələri üçün nəzərdə tutulmuşdu. Amma az sonra  arıqlamaq istəyən istinlən şəxsə bu dərmanı yazmağa başladılar. "Mediator" un satışı bir çox ölkələrdə qadağan olunub. Belçika 1978-ci ildən, İsveçrədə 1997-ci ildən, İspaniyada isə 2003-cü ildən bu pereparatı qadağan edib. 

Fransada isə bu dərman 2009-cu ilə qədər əlçatan olub. Mütəxəssis İren Fraşon dərmanın ürək-damar xəstəlikləri arasında əlaqəsini subut edən elmi işindən sonra dərman istifadədən çıxarılıb. "Servier" zərərçəkənlərə 132 milyon avro məbləğində kompensasiya verməyə razı olsa da pasiyentlərin əksəriyyəti məhkəməyə müraciət etməyi üstün tutublar.  Məhkəmə bu suala aydınlıq fətirməlidir: Nə üçün "Mediator" bir neçə onillik fransız bazarında satışda saxlanıb. İddiaçıların vəkilləri bildirir ki, şirkət pereparatın yan təsirlərinin olması barədə informasiyanı bilərəkdən gizlədib. Şirkət satışdan 1 milyard dollar qazanıb. Qeyd edək ki, "Servier" şirkətinin Azərbaycanda da nümayəndəliyi var.

(adsgarden = window.adsgarden || []).push({});