Yasamalda evdən pul və zinət əşyaları oğurlayanlar ələ keçdi


Digərləri 25 Sen 2019 22:47:55 222 0

Yasamalda evdən pul və zinət əşyaları oğurlayanlar ələ keçdi

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Y.Quliyev və Ağdam rayon sakini H.Süleymanov saxlanılıb.

Bakı. Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Y.Quliyev və Ağdam rayon sakini H.Süleymanov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə məlumat verilib. Bildirilir ki, Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də rayon ərazisindəki evlərin birindən 200 manat və 17.500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Quliyev və Ağdam rayon sakini H.Süleymanov saxlanılıb.