Bakıda yaşlı kişi koma vəziyyətində aşkarlandı


Digərləri 25 Sen 2019 22:25:00 258 0

Bakıda yaşlı kişi koma vəziyyətində aşkarlandı

Bakıda naməlum kişi küçədə koma vəziyyətində tapılıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Ramana qəsəbəsindəki 16 saylı cəzaçəkmə məntəqəsinin yaxınlığında baş verib.

Cəzaçəkmə müəssisəsinin arxasında fəaliyyətdə olan daş karxanasının qarşısında qəsəbə sakinlərindən biri uzanmış vəziyyətdə naməlum şəxsi aşkarlayaraq ətrafdakılara məlumat verib.

Həmin şəxs koma vəziyyətində təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya gətirilib.

Şəxsin Tovuz rayon sakini, 1968-ci il təvəllüdlü Bayramov Yusif Hüseyn oğlu olduğu müəyyən edilsə də, hadisənin səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.