Elmar Məmmədyarov İƏTin Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında iştirak edib


Siyasət 25 Sen 2019 20:37:00 269 0

Elmar Məmmədyarov İƏTin Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında iştirak edib

Xarici işlər naziri Elmar Məmmədyarov bu ilin 25 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında iştirak edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, Elmar Məmmədyarov iclasda çıxış edərək Azərbaycanın beynəlxalq birliyin məsul üzvü qismində, Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmət etməklə sülh yolu ilə həllini dəstəklədiyini ifadə edib.