“Çox üzgünük” Ailəsində ağır itki baş verən Gülyanaq Məmmədova


Şou-biznes 25 Sen 2019 20:14:00 268 0

“Çox üzgünük”  Ailəsində ağır itki baş verən Gülyanaq Məmmədova

ARB TV-nin "Elgizlə İzlə" verilişində əməkdar artist Gülyanaq Məmmədova ilə telefon bağlantısı yaradılıb.

Son.az bildirir ki, ailələrində itki baş verən əməkdar artist üzgün olduqlarını deyib:

"Qəza Yevlax ərazisində baş verib. Maşında bacımın yoldaşı və 4 gənc oğlan olub. Onlardan ikisi bacımın övladı, digər ikisi isə başqa qohumumun uşaqlarıdır. Uşaqların biri hal-hazırda yanımdadır, vəziyyəti yaxşıdır. Amma bacımın kiçik oğlunun səhhəti bir az ağırdır, əməliyyat olunmalıdır. Çiyin sümüyündə problem var. Gənclərdən Turan adlı qohumum sabah əməliyyat olunacaq. Kürəkənimizə görə çox üzgünük. Gözəl insan idi. Onu həmişə özümüzə qardaş bilmişik. Heç kim bilmir sabah başına nə gələcək".

Qeyd edək ki, Gülyaz və Gülyanaq Məmmədovanın digər bacısının həyat yoldaşı da avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

(adsgarden = window.adsgarden || []).push({});