Bakıda polis əməliyyat keçirdi, heroin alverçisi yaxalandı


Digərləri 25 Sen 2019 19:53:00 248 0

Bakıda polis əməliyyat keçirdi, heroin alverçisi yaxalandı

Bakıda narkotik alverçisi saxlanılıb.

Bakı. Samir ƏIi - Bakıda narkotik alverçisi saxlanılıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Bakı şəhər sakini Tağızadə Elvin Müqəddəs oğlu hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan kustar üsulla hazırlanmış 6,90 qram narkotik vasitə olan "Metamfetamin", 16,37 qram çəkidə 11 bükümdə heroin aşkar edilərək götürülüb.