Azərbaycan və Rusiya arasında beynəlxalq əməkdaşlığa dair fəaliyyət planı hazırlanıb


Digərləri 25 Sen 2019 18:54:00 333 0

Azərbaycan və Rusiya arasında beynəlxalq əməkdaşlığa dair fəaliyyət planı hazırlanıb

22 Sentyabr tarixindən başlayaraq Rusiyanın Sankt-Peterburq şəhərində Gənclər və idman nazirliyinin dəstəyi ilə keçirilən  VII Rusiya - Azərbaycan gənclər Forumu bu gün öz işinə yekun vurub.

Son.az xəbər verir ki, Azərbaycanı bu forumda gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycandan  ümumilikdə 25 gəncin   qatıldığı forumda "Gənclərin yaradıcılıq sahəsində beynəlxalq əməkdaşlıq.  Mədəniyyət və mədəniyyətlərarası dialoqun təşviqi", "Gənclər üçün biznes. Sosial sahibkarlıq", "Qeyri-formal təhsil və gənclərin QHT-lərinin bu istiqamətin inkişafındakı rolu", "Davamlı inkişaf məqsədləri", "Müasir media məkanı" üzrə sessiyalar  təşkil edilib.

Bölmələrdə iştirak edən gənclər tərəfindən Rusiya-Azərbaycan gəncləri arasında  əməkdaşlığın inkişafı üçün birgə təkliflər səsləndirilib, beynəlxalq əməkdaşlığa dair fəaliyyət planı hazırlanıb,  eyni zamanda, forumun yekunu olaraq bəyannamə qəbul olunub. Bəyannamədə hər iki ölkənin müxtəlif sahələri əhatə edən gəncləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, əldə olunmuş nailiyyətlərin daha da inkişaf etdirilməsi  göstərilib.

Bununla yanaşı, yaradıcılıq, elm, texnaloqiya və digər  sahələrdə beynəlxalq layihələrin və eyni zamanda, müxtəlif festivalların  keçirilməsi,   forumun qarşıdakı illərdə fəaliyyətinin daha da genişləndirilməsi və digər, gəncləri maraqlandıran sahələr də bəyyanamədə öz əksini tapıb.