Əkizlər festivalı maraqla qarşılanıb


Digərləri 25 Sen 2019 18:59:00 303 0

Əkizlər festivalı maraqla qarşılanıb

Yunanıstanda ölkə tarixində ilk dəfə olaraq əkiz insanların festivalı keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Trikala şəhərində reallaşan tədbirə bütün ölkədən əkizlər toplaşıb. 250-dək əkizin qatıldığı festivalda müxtəlif oyunlar, yarışmalar, bədii proqramlar təşkil olunub.

Qeyd edək ki, dünyada ən böyük əkiz festivalı ABŞ-ın Ohayo ştatında keçirilir. Adətən bu festivallar avqustun əvvəlində Beynəlxalq Əkizlər Günü ərəfəsində təşkil edilir. Belə tədbirlər, həmçinin Fransa, İtaliya, İngiltərə və İrlandiyada da çox populyardır.

(adsgarden = window.adsgarden || []).push({});