Oktyabrın ilk günlərində hava şəraiti necə olacaq?


Digərləri 25 Sen 2019 18:09:00 299 0

Oktyabrın ilk günlərində hava şəraiti necə olacaq?

"Oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, temperatur göstəriciləri adətən 23-27 dərəcədən yüksək olmur: "Bu, insanlar üçün ən komfort temperatur göstəriciləri hesab oluna bilər. Eyni zamanda günəşli günlərin sayı kifayət qədər çoxdur, lakin günəşin istisi bizə yay fəslində olduğu kimi o qədər də mənfi təsir göstərmir. Sentyabrın sonuncu həftəsində ölkə ərazisində nisbətən mülayim şəraiti davam edəcək. Havanın temperaturu kiçik müsbət fərqlə iqlim normasından yüksək olacaq. Bu fərq 0,5-0,7 dərəcə təşkil edir. Lakin hava bir qədər küləkli olacaq. Keçən şənbə günündə olduğu qədər olmasa da sentyabrın 26-dan 27-ə keçən gecə Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 15 -20 metrə çata bilər.

Növbəti küləkli dövr sentyabrın 28-dən 29-a keçən gecə olacaq. Külək güclənsə də şiddətli olmayacaq".

U.Tağıyeva bildirib ki, oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq: "Havanın temperaturunun iqlim normasından 0,5-1 dərəcə yüksək olacağı proqnozlaşdırılır. Yağıntılar bəzi şimal və şərq regionlarından normadan bir qədər artıq olacaq.