AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı hazırlanacaq


Digərləri 25 Sen 2019 17:56:00 274 0

AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı hazırlanacaq

AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı hazırlanacaq.

Bakı. İlhamə İsabalayeva - AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı hazırlanacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edən akademiya prezidenti, akademik Akif Əlizadə deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin elm sahəsində idarəetmə sisteminin və elmi modernləşdirilməsi, elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, mədəni-ictimai problemlərinin həllinə, dünya elminin inkişaf istiqamətlərinə uyğun müəyyənləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, eləcə də Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyası istiqamətində imzaladığı müvafiq sərəncamlar Azərbaycan elminin inkişafına böyük təkan verir. Dövlətin elm sahəsinə diqqət göstərməsinin onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən A.Əlizadə əlavə edib ki, qarşıya qoyulmuş vəzifələrin kompleks icrasını təmin etmək məqsədilə növbəti beşillik mərhələ üçün “2020-2025-ci illər üzrə AMEA-nın Milli İnkişaf Proqramı”nın hazırlanmasına zərurət yaranıb.