Prezident İlham Əliyev: "Bəzi fikirlər var idi ki, burada binalar tikilsin, mən icazə vermədim, bura ictimai zona olmalıdır"


Siyasət 25 Sen 2019 17:42:00 285 0

Prezident İlham Əliyev: "Bəzi fikirlər var idi ki, burada binalar tikilsin, mən icazə vermədim, bura ictimai zona olmalıdır"

Sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mərkəzinin açılışında iştirak edən Azərbaycan Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə burada yaradılmış istirahət parkı ilə tanış olarkən deyib:

"Biz bu parkı mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl yaratmışıq. İndi bura gözəl bir istirahət zonasıdır. Bu da parka bitişik olan bir yerdir. Burada gözəl şərait var. Biz böyük bir ərazini ictimai yerə çevirdik. Çünki bəzi fikirlər var idi ki, burada tikinti aparılsın, binalar tikilsin. Mən icazə vermədim, dedim ki, bura vətəndaşların rahatlığı üçün ictimai zona olmalıdır. İndi bura böyük ərazidir. Şəhərin mərkəzində yeni gözəl istirahət və nəqliyyat mərkəzi yaradılıb".