Rasim Balayevin ayaqları tutulub


Şou-biznes 25 Sen 2019 17:24:00 242 0

Rasim Balayevin ayaqları tutulub

Xalq artisti Rasim Balayevin səhhəti pisləşib.

Son.az xəbər verir ki, bu barədə sənətçinin özü Publika.az-a məlumat verib.

"Rasim bəy, özünüzü necə hiss edirsiniz" sualını aktyor belə cavablandırıb:

"Belə də, qocafəndi, yaş öz sözünü deyir. Yeriyə bilmirəm, ayaqlarım tutulub, bel və ayaq ağrıları məni incidir. Ayağımda şiş var, su yığılıb".

Rasim Balayev bildirib ki, Gömrük Hospitalında fizioterapiya müalicəsinə başlayıb.