Burak Özcivit Kannı fəth edib


Digərləri 25 Sen 2019 16:44:00 246 0

Burak Özcivit Kannı fəth edib

Populyar türk aktyoru Burak Özcivit Kannda keçirilən beynəlxalq sərgidə tamaşaçıları məftun edib. Bu barədə "Akşam" nəşri məlumat yayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Mehmet Bozdağın studiyası və Türkiyənin ATV kanalı Kannda keçirilən "MIPCOM 2019" beynəlxalq sərgisinə özlərinin "Diriliş. Osman" adlı yeni tarixi dramının təqdimatını hazırlayıblar.

Tədbirin əvvəl şəbəkələrdə Burak Özcivitin fotoları və poster dərc edilib. Tamaşaçıların əksəriyyətinin fikrincə, onlar Osmanlı imperiyasının yaradıcısını məhz belə - gözəl, mərd, valehedici döyüşçü kimi təsəvvür edirdilər.

"Diriliş. Osman" serialına Burak Özcivitin təsviri ilə olan poster aktyorun həm pərəstişkarlarının, həm də onu sevməyənlərin qızğın müzakirəsinə səbəb olub. Yeni film hər bir halda Fransa tamaşaçısında dərin maraq doğurub. Filmin yaradıcıları qeyd edirlər ki, "Diriliş. Ərtuğrul" serialının yayımı dövründə belə hal baş verməyib.

(adsgarden = window.adsgarden || []).push({});