Rövnəq Abdullayev: "STAR neft emal zavodunda artıq 4 milyon ton xam neft emal olunub"


Digərləri 25 Sen 2019 16:35:00 276 0

Rövnəq Abdullayev: "STAR neft emal zavodunda artıq 4 milyon ton xam neft emal olunub"

STAR neft emal zavodunda artıq 4 milyon ton xam neft emal olunub. Cari ilin sonuna qədər bu rəqəm 8 milyon tona çatacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev "SOCAR Türkiyə"nin Əliağadakı Xüsusi Sənaye Zonası statuslu ərazisində bir obyektin açılışı, digərinin isə təməlqoyma mərasimində deyib.

SOCAR prezidentinin sözlərinə görə, şirkət neft-qaz, emal və neft-kimya sektorlarında investisiyalarını davam etdirir: "Ötən ilin oktyabr ayında burada STAR neft emalı zavodunun açılış mərasimini keçirdik. Hələ bir il keçmədən yeni layihələrimiz üçün yenidən Əliağaya toplaşmışıq. Bu bizə qürur verir. Fəaliyətlərimizin mühüm bir hissəsini təşkil edən neft-kimya investisiyalarımız Azərbaycan iqtisadiyyatı üçün əlavə dəyər yaradaraq uzunmüddətli dayanıqlı gəlir mənbəyi təmin edir, eyni zamanda həm bölgəyə, həm də Türkiyəyə böyük mənfəət gətirir".

R.Abdullayev vurğulayıb ki, son 10 il ərzində "Petkim"in ümumi gəlirləri 47,2 milyard lirə təşkil etmiş, xalis mənfəəti isə 4 milyard lirəni ötmüşdür. STAR neft emal zavodunda artıq 4 milyon ton xam neft emal olunmuşdur. Cari ilin sonuna qədər bu rəqəm 8 milyon tona çatacaq.