Umayra Tağıyeva: Oktyabrın ilk günlərində temperatur iqlim normasından yüksək olacaq


Digərləri 25 Sen 2019 16:21:00 269 0

Umayra Tağıyeva: Oktyabrın ilk günlərində temperatur iqlim normasından yüksək olacaq

Oktyabrın ilk günlərində temperatur iqlim normasından yüksək olacaq.

Bakı. Samir Əli - Oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, temperatur göstəriciləri adətən 23-27 dərəcədən yüksək olmur: "Bu, insanlar üçün ən komfort temperatur göstəriciləri hesab oluna bilər. Eyni zamanda günəşli günlərin sayı kifayət qədər çoxdur, lakin günəşin istisi bizə yay fəslində olduğu kimi o qədər də mənfi təsir göstərmir. Sentyabrın sonuncu həftəsində ölkə ərazisində nisbətən mülayim şəraiti davam edəcək. Havanın temperaturu kiçik müsbət fərqlə iqlim normasından yüksək olacaq. Bu fərq 0,5-0,7 dərəcə təşkil edir. Lakin hava bir qədər küləkli olacaq. Keçən şənbə günündə olduğu qədər olmasa da sentyabrın 26-dan 27-ə keçən gecə Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 15 -20 metrə çata bilər. Növbəti küləkli dövr sentyabrın 28-dən 29-a keçən gecə olacaq. Külək güclənsə də şiddətli olmayacaq". U.Tağıyeva bildirib ki, oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq: "Havanın temperaturunun iqlim normasından 0,5-1 dərəcə yüksək olacağı proqnozlaşdırılır. Yağıntılar bəzi şimal və şərq regionlarından normadan bir qədər artıq olacaq.