Türkiyədə bu saytlara giriş qadağan olunur


Dünya 25 Sen 2019 16:12:00 306 0

Türkiyədə bu saytlara giriş qadağan olunur

Türkiyədə lisenziyasız dərman satışı və reklamı ilə məşğul olan 3,7 min sayta giriş bağlanacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Koca deyib.

Onun sözlərinə görə, saytlar ümumilikdə 6,3 milyon lirə məbləğində cərimələnib.

Nazir bildirib ki, bu saytlarda, əsasən, pəhriz məhsulları, eləcə də arıqlama vasitələri və həzmi yaxşılaşdırmaq üçün çaylar reklam olunur.