Rəşad Sadıqov Qarabağ-ın heyətində yubiley oyununu keçirib


İdman 25 Sen 2019 16:13:00 273 0

Rəşad Sadıqov Qarabağ-ın heyətində yubiley oyununu keçirib

Azərbaycan Premyer Liqasının V turu “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub. 

Goal.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı müdafiəçi kapitanı olduğu Ağdam klubunun heyətində 200-cü çempionat oyununa çıxıb. Bu, arxa xətt oyunçusunun mövsümdə ilk qarşılaşması olub.

Karyerası ərzində “Turan” və “Neftçi”də də oynamış Sadıqov 2009/2010 mövsümündən “Qarabağ”da çıxış edir. Bu müddətdə 8 qola sevinən müdafiəçi Ağdam klubunun tarixinə ölkə çempionatlarında 200 və daha çox matç keçirən 10-cu futbolçu kimi düşüb.

Qeyd edək ki, Rəşad Sadıqov bir müddət öncə “Qarabağ”da ümumilikdə bütün turnirlər nəzərə alınmaqla 300-cü matçını keçirib. Bu, Çempionlar Liqasının “Partizani” ilə Tiranadakı qarşılaşmasına təsadüf edib.

mövsümkluboyunqol
2009/10Qarabağ (Ağdam)201
2010/11Qarabağ (Ağdam)140
2011/12Qarabağ (Ağdam)272
2012/13Qarabağ (Ağdam)253
2013/14Qarabağ (Ağdam)250
2014/15Qarabağ (Ağdam)210
2015/16Qarabağ (Ağdam)192
2016/17Qarabağ (Ağdam)140
2017/18Qarabağ (Ağdam)180
2018/19Qarabağ (Ağdam)160
2019/20Qarabağ (Ağdam)10
Cəmi2008