AFFA Neftçi-nin futbolçusunu bir oyunluq cəzalandırdı


İdman 25 Sen 2019 15:51:00 305 0

AFFA Neftçi-nin futbolçusunu bir oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsi "Sumqayıt"ın futbolçusu Mehdi Şərifini bir oyunluq cəzalandırıb. 

Goal.az-ın məlumatına görə, buna oyunçunun Premyer Liqanın V turunda evdə "Sabah"ı məğlub etdikləri (1:0) görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub. "Gənclik şəhəri" təmsilçisi bunun üçün 200 manat məbləğində cərimələnib. Qurum "Sabah"a da 800 manat cərimə kəsib. Komandanın 5 futbolçusu "Sumqayıt"la matçda sarı vərəqə alıb. 

İntizam Komitəsi "Neftçi"nin legioneri Donald Geryeyə də bir oyunluq cəza verib. Haitili müdafiəçi "Keşlə" ilə heç-heçə etdikləri görüşdə (0:0) ikinci sarı vərəqəni alaraq meydandan qovulub. O, bunun üçün klubunu 200 manat ziyana da salıb. "Keşlə" isə 800 manat məbləğində cərimə olunub. Paytaxt təmsilçisinin 4 oyunçusu flaqmanla oyunda sarı vərəqə ilə cəzalandırılıb. 

"Qəbələ" klubu da 800 manat ödəməli olacaq. Əyalət təmsilçisinin 6 üzvü V turda "Səbail"lə heç-heçə (1:1) etdiyi qarşılaşmada sarı vərəqə alıb.