Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Paşinyana çağırış etdi - Sənədlərlə tanış ol!


Digərləri 25 Sen 2019 15:55:00 243 0

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Paşinyana çağırış etdi - Sənədlərlə tanış ol!

Tural Gəncəliyev Metyu Brayzanın guya münaqişə ilə bağlı məsələlərdən xəbərdar olmadığı haqda Nikol Paşinyanın sərsəm bəyanatına münasibət bildirib.

Bakı. Elçin Mehdiyev – “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev ATƏT-in ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayzanın guya münaqişə ilə bağlı məsələlərdən xəbərdar olmadığı haqda Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatına münasibət bildirib. Trend-in məlumatına görə, T.Gəncəliyev jurnalistlərə açıqlamasında bildirib ki, yaxşı olardı, N.Paşinyan Helsinki sənədləri ilə tanış olsun: “Buradan bir daha çatdırıram ki, Ermənistan-Azərbaycan münaqişəsində iki maraqlı tərəf var. Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə növbəti sərsəm açıqlama ilə gündəmə çıxaraq ATƏT-in ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayzanın guya münaqişə ilə bağlı məsələlərdən xəbərdar olmadığını irad tutub. Eyni zamanda, yenidən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qeyri-konstruktiv danışıqların ruhuna zidd bəyanat verib və danışıqlarda Dağlıq Qarabağ ermənilərinin xüsusi bir tərəf kimi rolunu qabardıb. Biz də Paşinyanın bəyanatına cavab olaraq bildiririk ki, onun qısa yaddaşını təzələməyə ehtiyac var. Paşinyanın Helsinki sənədləri ilə tanış olmadığı açıq-aydın görünür. O, həmin sənədlərlə tanış olsaydı, görərdi ki, Azərbaycanlı icma da burada maraqlı tərəfdir. Buradan onun məlumatsızlığı və ümumiyyətlə proseslərdən xəbərdar olmadığı görünür. Metyu Brayzanı ittiham etmək əvəzinə, bu sənədlərlə tanış olsaydı, daha yaxşı olardı”.