AFFA nümayəndəsini təhqir edən məşqçi 15 oyunluq cəzalandı


İdman 25 Sen 2019 15:32:00 298 0

AFFA nümayəndəsini təhqir edən məşqçi 15 oyunluq cəzalandı

AFFA İntizam Komitəsi "Ağsu" klubunun U-14 komandasının baş məşqçisi Sönməz Quliyevə ağır cəza verib.

Goal.az-ın məlumatına görə, buna səbəb mütəxəssisin AFFA-nın Mərkəz region üzrə nümayəndəsinə qarşı təhqiredici ifadələr işlətməsi və fiziki güc tətbiq etməyə cəhd göstərməsidir.

Quliyev bunlara görə 15 oyunluq cəzalandırılıb.