Yevlax sakinindən 14,9 kiloqrama yaxın marixuana və ov tüfəngi götürülüb


Digərləri 25 Sen 2019 14:40:00 314 0

Yevlax sakinindən 14,9 kiloqrama yaxın marixuana və ov tüfəngi götürülüb

Narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.

Bakı. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional və Yevlax Rayon Polis şöbələri əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonunun Köyük kənd sakini İ.İbrahimovun evindən 14,9 kiloqrama yaxın marixuana və nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi, habelə evinin yaxınlığındakı meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.