Əli Həsənov: "Savadsız, yöndəmsiz müxalifətdən iqtidar nə götürəcək?!"


Siyasət 25 Sen 2019 14:39:24 233 0

Əli Həsənov: "Savadsız, yöndəmsiz müxalifətdən iqtidar nə götürəcək?!"

Azərbaycanda yenilənmiş, konstruktiv müxalifət olmalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, hər kəs ölkədəki inkişafın şahididir:

"Bu həqiqətdir. Həqiqəti də insanlara çatdırmaq lazımdır. Bəzi hallarda neqativ fikirlər səsləndirilir. Azərbaycana müxalifət lazımdır. 2001-ci ildə demişdim ki, müxalifət yenilənməlidir. Yeniləndimi? Xeyr. Xarici qrantların hesabına yaşayırlar, donmuş partiyadan yapışıblar. Belə olan halda inkişaf daha da sürətlə gedər. Savadsız, yöndəmsiz müxalifətdən iqtidar nə götürəcək?! Heç nə..."