“Azərbaycan Dəmir Yolları” QSC könüllülər üçün təcrübə proqramı elan edib


Digərləri 25 Sen 2019 14:29:00 275 0

“Azərbaycan Dəmir Yolları” QSC könüllülər üçün təcrübə proqramı elan edib

“Azərbaycan Dəmir Yolları” QSC könüllülər üçün təcrübə proqramı elan edib

Bakı. “Azərbaycan Dəmir Yolları” QSC könüllülər üçün təcrübə proqramı elan edib. QSC-dən Trend-ə verilən məlumata görə, proqram çərçivəsində xidməti müqavilə ilə cəlb ediləcək gənclərdən heç bir ixtisas və iş təcrübəsi tələb edilmir. Proqramda bütün ali məktəblərin bakalavr pilləsində təhsil alan gənclər iştirak edə bilərlər. Təcrübəçilərə aylıq 150 AZN xidmət haqqı ödəniləcək. Onlar işə başlamazdan əvvəl adaptasiya təlimi, fərdi inkişaf təlimləri (müsahibə bacarıqları təlimi, korporativ işgüzar münasibətlər təlimi, vaxtın idarə olunması, konfliktlərlə iş, stressin idarə olunması), SƏMTTE (Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya) təlimləri və fəaliyyət göstərəcəkləri sahə üzrə təlimlərə cəlb olunacaq. Proqramda 17-27 yaş aralığında olan fəal gənclərə üstünlük verilir. Gənclər qeyri-dərs vaxtlarında stansiya daxilində və xaricində xidmət göstərəcəkdir. Proqramda iştirak edəcək gənclərdə səmərəli ünsiyyət qurmaq bacarığı, nizam-intizamlılıq, məqsədyönümlülük, nəticəyönümlülük, komanda ilə işləyə bilmək kimi fərdi keyfiyyətlərin olması arzu edilir. Təcrübəçilərdən gözlənilən xidmətlər aşağıdakılardır: Dəmir yolu vağzalında vətəndaşların qarşılanması; Elektron lövhələrdən istifadə olunmasında sərnişinlərə köməkliyin göstərilməsi;