Ölkədə avtobusların gecə reysi bərpa olundu - YENİ QƏRAR


Digərləri 25 Sen 2019 14:00:00 247 0

Ölkədə avtobusların gecə reysi bərpa olundu - YENİ QƏRAR

Şəhərlərarası gecə reysləri bərpa olunub.

Bakı. Ceyhun Ələkbərov - Şəhərlərarası gecə reysləri bərpa olunub. Trend-in məlumatına göprə, bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, oktyabrın 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iritutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus Neoplan avtobusları ilə uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq: ""Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na uyğun, əhalinin gecə vaxtı həyata keçirilən şəhərlərarası sərnişin daşımalarına olan tələbatının təmin edilməsi və bu sahədə qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması məqsədilə gecə reyslərinin yenidən bərpasına dair sərnişin müraciətləri nəzərə alınaraq NRYTN yanında DANX-ın Nazirlər Kabinetinə təqdim etdiyi təklifə razılıq verilib".