Türkiyədə bu saytlara giriş qadağan olunur


Digərləri 25 Sen 2019 14:06:42 319 0

Türkiyədə bu saytlara giriş qadağan olunur

Türkiyədə lisenziyasız dərman satışı və reklamı ilə məşğul olan 3,7 min sayta giriş bağlanacaq.

Bakı. Rufiz Hafizoğlu - Türkiyədə lisenziyasız dərman satışı və reklamı ilə məşğul olan 3,7 min sayta giriş bağlanacaq. Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Koca deyib. Onun sözlərinə görə, saytlar ümumilikdə 6,3 milyon lirə məbləğində cərimələnib. Nazir bildirib ki, bu saytlarda əsasən pəhriz məhsulları, eləcə də arıqlama vasitələri və həzmi yaxşılaşdırmaq üçün çaylar reklam olunur.