Bakıda kobud qayda pozan Liviya vətəndaşı süpürgəçi qadını vurub öldürdü


Digərləri 25 Sen 2019 13:55:59 258 0

Bakıda kobud qayda pozan Liviya vətəndaşı süpürgəçi qadını vurub öldürdü

Bakıda naməlum sürücü yolun kənarında Mənzil Kommunal İstismar Sahəsinin qadın əməkdaşını vurub.

Bakı. Samir Əli - Bakıda naməlum sürücü yolun kənarında Mənzil Kommunal İstismar Sahəsinin qadın əməkdaşını vurub. Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Naməlum sürücü paytaxtın Azadlıq prospekti, "Skripka" parkının yaxınlığında kobud qayda pozuntusu törədərək yolun kənarında təmizlik işləri aparan, Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı, 1983-cü il təvəllüdlü Mehdiyeva Ramilə Əlizadə qızını vurub, hadisə yerindən qaçıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. R.Mehdiyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.