Yevlaxda iki maşın toqquşdu, sürücünün atası həlak oldu


Digərləri 25 Sen 2019 13:26:14 235 0

Yevlaxda iki maşın toqquşdu, sürücünün atası həlak oldu

Yevlax rayonunun Xanabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Yevlax rayonunun Xanabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 24-də saat 9 radələrində Yevlax rayonunun Xanabad kəndi ərazisində Şəki rayon sakini M.Məmmədkərimovun idarə etdiyi “VAZ-2106” və Ağcabədi rayon sakini X.Şirinovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə M.Məmmədkərimovun sərnişinlərindən - atası Mövsüm hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.