Bakıda yanyana olan 2 fərdi ev yandı


Digərləri 25 Sen 2019 12:11:00 212 0

Bakıda yanyana olan 2 fərdi ev yandı

Bakıda iki evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 160 m² olan kürsülü, ikimərtəbəli evin döşəməsi, dam örtüyü və qapı-pəncərəsi 80 m² sahədə, yaxınlıqda yerləşən ümumi sahəsi 160 m² olan kürsülü, ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.