Ötən günün yol qəzalarında 3 nəfər ölüb


Digərləri 25 Sen 2019 12:29:42 244 0

Ötən günün yol qəzalarında 3 nəfər ölüb

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb.

Bakı. Samir Əli - Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.