PAŞA Bank və CUBICS Technology ilə rəqəmsal biznes dünyasını kəşf edin!


Digərləri 25 Sen 2019 12:11:52 217 0

PAŞA Bank və CUBICS Technology ilə rəqəmsal biznes dünyasını kəşf edin!

Ölkənin aparıcı korporativ bankı olaraq PAŞA Bank hər zaman müasir rəqəmsal həllərin tətbiqinə xüsusi diqqət yetirir və öz müştərilərinin biznesinin inkişafına dəstək verməyə səy göstərir.

Bakı. Ölkənin aparıcı korporativ bankı olaraq PAŞA Bank hər zaman müasir rəqəmsal həllərin tətbiqinə xüsusi diqqət yetirir və öz müştərilərinin biznesinin inkişafına dəstək verməyə səy göstərir. PAŞA Bank Azərbaycanda rəqəmsal biznes həlləri sahəsində aparıcı şirkət olan CUBICS Technology ilə strateji tərəfdaşlıq çərçivəsində öz müştərilərinə qeyri-bank xidmətlərini təqdim edir. Şəxsi biznesi olan PAŞA Bank müştəriləri CUBICS Technology şirkətinin yaratdığı üç biznes təyinatlı məhsuldan faydalana bilərlər: Bulud CRM - Azərbaycanda ilk bulud əsaslı CRM sistemi Hər bir biznesin əsas məqsədi perspektiv müştəriləri cəlb edib onları saxlamaqdır. Rahat CRM sistemindən istifadə bu məqsədə nail olmağa imkan yaradır. Müştərilərin cəlb etmə və onlarla əlaqə qurma proseslərinin avtomatlaşdırılması, quraşdırılmış telefoniya funksiyası, SMS və elektron poçt bülletenləri modulların mövcudluğu və bir çox digər sistem xüsusiyyətləri sayəsində biznesin idarə edilməsi daha asan olacaq. Elektron-ticarət üçün mobil tətbiq – şirkətin brendinə asanlıqla uyğunlaşa bilən ilk mobil e-ticarət platforması Cəmi 21 gün ərzində istənilən brend AppStore, GooglePlay və WEB versiyasında öz ticarət tətbiqetmələrini əldə edə bilər. Artıq proqramçılara və onlayn texnologiyaların yaradılmasına böyük məbləğdə vəsait xərcləməyə ehtiyac qalmayacaq. Bütün məzmunları sadə bir vahid panel vasitəsilə idarə etmək mümkündür. Bu, şəxsi mobil tətbiqetmələr üzərindən dərhal ticarətə başlamaq və brendin onlayn biznesini inkişaf etdirmək üçün ideal bir fürsətdir.