Əli Həsənov: Bu insanlara qarşı susmaq lazım deyil, inzibati tədbir görməklə tərbiyə mümkün olmur


Digərləri 25 Sen 2019 12:07:00 213 0

Əli Həsənov: Bu insanlara qarşı susmaq lazım deyil, inzibati tədbir görməklə tərbiyə mümkün olmur

Azərbaycan ordusu isətəsə, Dağlıq Qarabağı işğaldan bir günə azad edər.

Bakı. Elçin Mehdiyev – Azərbaycan ordusu isətəsə, Dağlıq Qarabağı işğaldan bir günə azad edər. Amma Prezident İlham Əliyev yenidən qan tökülməsini istəmir. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının fəalları ilə görüşündə deyib. Ə.Həsınov bildirib ki, torpaqlar işğaldan azad ediləcək: "Ermənistanda hakimiyyətə Nikol Paşinyan gəldi. Məsələnin müsbətə doğru həll ediləcəyinə ümidimiz artdı. Amma Paşinyan da ağzına gələni danışır. Hamı bilsin ki, dövlətimiz Dağlıq Qarabağı hər an işğaldan azad edə bilər. Biz o torpaqları işğaldan azad edəcəyik". Ə.Həsənov, həmçinin xaricdəki mühacir azərbaycanlıları tənqid edib. O qeyd edib ki, mühacirlər ələ alınıb, Azərbaycana qarşı istifadə edilirlər: “Bu insanlara qarşı susmaq lazım deyil. İnzibati tədbir görməklə tərbiyə mümkün deyil. Bu, daha çox ictimai qınaq səviyyəsində olmalıdır”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin