"Kişinin qadınını göstərməyinə ciddi yanaşmıram"


Şou-biznes 25 Sen 2019 11:31:20 307 0

"Kişinin qadınını göstərməyinə ciddi yanaşmıram"

Kişinin qadınını göstərməyinə ciddi yanaşmıram.

Son.az xəbər verir ki, bu sözləri əməkdar artist Vasif Məhərrəmli "Hər şey daxil"in efirində deyib.

Sənətçinin bu açıqlaması aparıcı Tarix Əliyevi (Tolik) qıcıqlandırıb:

"Niyə? Sən, Vasif, 7 il bundan qabaq toy etmisən. 7 il bundan qabaq İnstaqram bu qədər gündəmdə olsaydı, sənin toyunu başdan ayağa canlıya qoyacaqdılar. Evdən çıxanda da səni göstərəcəkdilər. Bunu gizlətməklə... Bu qədər dövlər məmurlarının xanımları görünür. Burada ayıb bir şey yoxdur". 

Vasif Tolikin bu sözlərinə "Bu, xarakterə bağlı bir şeydir" ifadəsi ilə cavab verib.