Bakıda kütləvi dava, iki nəfər bıçaqlandı


Digərləri 25 Sen 2019 11:28:15 267 0

Bakıda kütləvi dava, iki nəfər bıçaqlandı

Bakıda kütləvi dava olub.

Bakı. Samir Əli - Bakıda kütləvi dava olub. Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Bağırov Zakir Vaqif oğlu qəsəbə sakini, 1980-ci il təvəllüdlü Muxtarov Ədalət Məhəbbət oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və Ə.Muxtarov üzərində gəzdirdiyi bıçaqla Z.Bağırovun döş qəfəsinə zərbə endirib. Bu zaman hadisə yerində olan Z.Bağırovun qaynı, 1994-cü il təvəllüdlü Abbasov Ramin Məhəbbət oğlu Ə.Muxtarovu bıçaqlayıb. Hər iki şəhər 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.