Afaqı sevən gənc bu dəfə aparıcıya evlilik təklif etdi "Əsas odur pis yola düşməyək” VİDEO


Şou-biznes 25 Sen 2019 10:26:00 266 0

Afaqı sevən gənc bu dəfə aparıcıya evlilik təklif etdi  "Əsas odur pis yola düşməyək”  VİDEO

ARB TV-nin "Sayqa ilə" verilişində müğənni Afaq Aslana evlilik təklifi edən gənc bu dəfə İTV-də görünüb.

Son.az baku.ws-ə istinadən bildirir ki, studiyaya gələrək müğənninin qarşısında diz çökən və evlilik təklif edən gənc bu dəfə İTV-nin aparıcısına evlilik təklif edib.

O, "3D" verilişinin xanım aparıcısına evlilik təklif edib. Belə ki, "Lüba" xarakteri ilə efirə çıxan xanımın qarşısında diz çökən gənc evlənmək istədiyini bildirib.

Gənc Afaq Aslana dediyi sözləri həmin xanıma təkrarlayıb və yenə rədd cavabı alıb.

Rədd cavabı alan gəncin bu dəfə də ürəyi gedib. Verilişin qonağı olan ARB kanalının əməkdaşı Anar Nəcəfli efirdən çıxdıqda isə həmin gənci yerdə uzanan vəziyyətdə görüb.

Sonradan bunun şou olduğuna işarə edilib və gənc ayağa qalxaraq qonorarını istəyib.

(adsgarden = window.adsgarden || []).push({});