Elməddin Əliyev: Həkimlik peşəsinin ən çətin məqamı ürək cərrahiyyəsi olan hissəsidir


Digərləri 25 Sen 2019 10:32:36 237 0

Elməddin Əliyev: Həkimlik peşəsinin ən çətin məqamı ürək cərrahiyyəsi olan hissəsidir

Dr. Elməddin Əliyev 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında şöbə rəisi, uzman ürək-damar cərrahı kimi çalışır.

Bakı. Dr. Elməddin Əliyev 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında şöbə rəisi, uzman ürək-damar cərrahı kimi çalışır. Dr.Elməddin Əliyev 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirdikdən sonra 2007-2013-cü illərdə Ege Universitetinin ürək-damar cərrahiyyəsi fakültəsində təhsilini davam etdirmişdir. O, 2011-ci ildə ABŞ-ın Texas A&M Universitetində süni ürək proqramında çalışmış, 2012-ci ildə SCOTT & WHITE hospitalında kardiotorakal cərrahiyyə kursu keçmişdir. 2013-2014-cü illərdə Ege Universiteti ürək-damar cərrahiyyəsi kafedrasında ürək cərrahı kimi çalışmışdır. Dr.Elməddin Əliyev daim öz üzərində çalışan, dünya tibbinin nailiyyətlərini izləyən və təcrübəsində bu nailiyyətlərdən yararlanan bir həkimdir. O, Türk Ürək-Damar cəmiyyətinin üzvüdür. -Siz Mərkəzi Gömrük Hospitalında işlədiyiniz illərdə uğurlu cərrah kimi yetişmisiniz. Bu necə baş verib? -Düşünürəm ki, hər bir peşə sahibinin yetişməsində onun ilk müəllimlərinin, valideynlərinin böyük rolu olur. Mən özüm həkim ailəsində böyümüşəm. Atam həkim olub. Məktəb illərindən inanırdım ki, mən də həkim olacağam. Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirdikdən sonra təhsilimi davam etdirmək üçün Türkiyəyə üz tutdum. 2007-2013-cü illərdə Ege Universitetində ürək-damar cərrahiyyəsi üzrə təhsil aldım. Təhsil aldığım müddət ərzində cərrah kimi yetişməyimdə universitetin müəllimlərinin mənim üzərimdə çox böyük əməyi oldu. Türkiyədə oxuduğum müddət ərzində peşəkar həkimlərin təcrübələrindən faydalandım, prof. Dr.Mustafa Özbaran və prof. Dr. Anıl Ziya Apaydından bir sıra biliklər əldə etdim. Bu gün mən burada yaxşı cərrah kimi fəaliyyət göstərirəmsə, ömrümün sonuna kimi onlara borcluyam. -Siz 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında işləyirsiniz. Bu illər ərsində təxminən nə qədər cərrahi əməliyyat icra etmisiniz? -2014-cü ildə Gömrük Hospitalına işə dəvət almağım mənim üçün çox böyük şərəf və işimə verilən dəyər idi. Çünki Gömrük Hospitalı Azərbaycanda aparıcı tibb müəssisələrindən biridir. Baş həkimin və xəstəxana kollektivinin dəstəyi sayəsində mən çox qısa müddət ərzində təcrübə qazanıb uzun təhsil illərində əldə etdiyim bacarıqlarımı nümayiş etdirə bildim. O vaxtdan 5 il keçib və bu günə kimi mən bu Hospitalda təxminən 500-ə yaxın açıq ürək əməliyyatı həyata keçirmişəm. Əlbəttə, mən öz xəstələrimə daha yaxşı xidmət göstərmək üçün üzərimdə işləməyi də davam edirəm. -Sizə daha çox hansı xəstəliklərlə, qüsurlarla müraciət edirlər? -Mən böyüklərdə və uşaqlarda olan ürək xəstəliklərinin cərrahiyyəsi ilə bağlı təhsil almışam. Lakin hazırda Mərkəzi Gömrük Hospitalında böyüklər üzərində cərrahi əməliyyatlarla məşğulam. Mənə ən çox edilən müraciətlər xəstələrin ürəyini qidalandıran tac damarının müalicəsi ilə bağlıdır. Bu xəstələrdə invaziv və carrahi müalicə vaxtında aparılmadığı zaman onlarda infarkt, hətta ölüm hadisəsi baş verir. Bundan başqa ürəyin magistral damarlarının tutulması ilə də bağlı müraciət edirlər. Eyni zamanda, ürəyin daxilində olan qapaqların darlıqları, çatışmazlıqları, həmçinin anadangəlmə ürək problemi olan xəstələr də müraciət edir. Belə hallarda da biz xəstələri cərrahi yolla müalicə edirik. Onu da deyim ki, Gömrük Hospitalında bu əməliyyatları icra etmək üçün müasir tələblərə uyğun hər bir şərait yaradılıb. -Xəstələrinizdən (və ya icra etdiyiniz əməliyyatlardan) hansı daha çox yadınızda qalıb və nəyə görə?