Sabunçu polisinin 3 yüksək rütbəli əməkdaşı işdən çıxarıldı


Digərləri 25 Sen 2019 10:26:00 203 0

Sabunçu polisinin 3 yüksək rütbəli əməkdaşı işdən çıxarıldı

Bakının Sabunçu rayon Polis İdarəsinin 3 vəzifəli şəxsi vəzifəsindən azad olunub.

Bakı. Samir Əli - Bakının Sabunçu rayon Polis İdarəsinin 3 vəzifəli şəxsi vəzifəsindən azad olunub. Trend-in məlumatına görə, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb. Nazirin əmrləri ilə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini, polis mayoru İlkin Ələkbərov və sahə müvəkkili işlərində yol verdikləri ciddi nöqsanlara görə tutduqları vəzifədən azad olunaraq sərəncama götürülüblər.