Bakıda yan-yana olan iki fərdi ev yanıb


Digərləri 25 Sen 2019 10:11:00 209 0

Bakıda yan-yana olan iki fərdi ev yanıb

Bakıda iki evdə yanğın olub.

Bakı. Bakıda iki evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 160 m² olan kürsülü, ikimərtəbəli evin döşəməsi, dam örtüyü və qapı-pəncərəsi 80 m² sahədə, yaxınlıqda yerləşən ümumi sahəsi 160 m² olan kürsülü, ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.