Bakıda sürətlə hərəkət edən “OPEL” dirəyə çırpıldı:


Digərləri 25 Sen 2019 09:41:00 286 0

Bakıda sürətlə hərəkət edən “OPEL” dirəyə çırpıldı:

Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsində baş verib.

Belə ki, Elnur Ağamalıyev idarə etdiyi "OPEL" markalı avtomobillə idarəetməni itirib. 

Avtomobil səkisindəki dəmir dirəklərə dəyərək dayanıb. Zərbənin gücündən avtomobildə olan sərnişin xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.