Qayınata 30 yaşlı gəlinini namus üstə yox, mülkə görə baltalayıb
Kriminal 25 Sen 2019 10:08:00 275 0
Xəbər verdiyimiz kimi, Bakının Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda Firdovsi Məhərrəmov 30 yaşlı gəlini Cəmilə Məhərrəmovanı balta ilə qətlə yetirib.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisənin təfərrüatları məlum olub.
Cəmilə Məhərrəmovanın yaxınlarının verdiyi məlumata görə, hadisə mülk üstündə baş verib. Belə ki, hadisə baş verən gün Firdovsi Məhərrəmov qızıgilə gedib. O, kürəkəni ilə dava edərək, qızıgilə verdiyi evdən çıxmasını tələb edib. Kürəkəni tərəfindən evdən qovulan qayınata, Cəmilə Məhərrəmovanın yaşadığı ünvana gəlib. O, buradada eyni söhbəti edərək, oğlugilin evdən çıxmasını istəyib. 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmov hamını öldürəcəyini dilə gətirib. Bu zaman Məhərrəmova nar ağacının altında qab yuyurmuş. Bundan şikayətlənən Firdovsi Məhərrəmov suyu ağacın dibinə tökməməsini istəyib. Bu zaman qayınata arxadan balta ilə gəlinini vurub. Mərhumun böyük oğlunun gözü qarşısında Cəmilənin bədəninə 12 zərbə endirən Məhərrəmov onu sürüyərək evin arxasına aparıb. Kişi daha sonra polisə gedərək təslim olub.
4 uşaq anası olan Cəmilənin əri heyvandarlıqla məşğul olub. Hadisə baş verən zaman mərhumun həyat yoldaşı evdə olmayıb.
Məlumata görə, Firdovsi Məhərrəmov əvvəllər məhkum olunub. Onun zorlama hadisəsinə görə 10 ilə yaxın həbs cəzası çəkdiyi deyilir. Buna görə 3 ay öncə həbsdən çıxan Məhərrəmovdan yaxınları üz döndərib.