Tehran-İstanbul qatarı istismara veriləcək


Digərləri 25 Sen 2019 09:51:00 280 0

Tehran-İstanbul qatarı istismara veriləcək

Bu ilin sonuna kimi Tehran-İstanbul qatarı istismara veriləcək.

Bakı. Elnur Bağışov - Bu ilin sonuna kimi Tehran-İstanbul qatarı istismara veriləcək. Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhram Adəmnejad deyib. Ş.Adəmnejadın sözlərinə görə, bununla əlaqədar razılaşmalar əldə olunub. Ş.Adəmnejad əlavə edib ki, Tehran-İstanbul qatarının istismara verilməsi üçün infrastruktur işlərə ehtiyac yoxdur və sadəcə bununla əlaqədar iqtisadi münasibətlər tənzimlənməlidir. İran və Türkiyənin dəmiryol şəbəkəsinin qoşulmasına münasibət bildirən nazir müavini deyib ki, bu istiqamətdə işlər aparılır: “Son müzakirələrdə Türkiyə tərəfi 10 kilometrdən az məsafədə dəmiryolunun çəkilməsini təklif edib ki, bununla da İran və Türkiyənin dəmiryolu birləşdirilə bilər”.