Quterreş və Abe Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər


Dünya 25 Sen 2019 09:23:00 267 0

Quterreş və Abe Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər

BMT-nin Baş katibi Antonio Quterreş və Yaponiyanın Baş naziri Şinzo Abe Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, Baş katib Yaponiyanın Baş naziri Şinzo Abe ilə görüşüb. Quterreş və Abe regional problemləri, xüsusilə Koreya yarımadasındakı vəziyyəti, eləcə də Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə, həmçinin Yaponiyanın dayanıqlı inkişaf məqsədlərinə çatması və iqlim dəyişikliyinə qarşı mübarizədəki öhdəlikləri mövzusuda toxunulmuşdur.