Çin ilk desant gəmisini işə salıb


Dünya 25 Sen 2019 09:27:00 255 0

Çin ilk desant gəmisini işə salıb

Çin Xalq Qurtuluş Ordusunun dəniz qüvvələri ilk universal desant gəmisinin buraxılış mərasimini keçiriblər.

Son.az Trend-ə istinadən bildirir ki, gəminin dövlət himninin sədaları altında suya salınması mərasimi Şanxayda baş tutub.

Donanma komandirləri lent kəsdikdən sonra gəminin sol tərəfindən bir şüşə şampan sındırıblar.

Qeyd olunur ki, bu Çin tərəfindən müstəqil hazırlanmış ilk universal desant gəmisidir.