Rusiya vətəndaşı olmaq asanlaşdı


Dünya 25 Sen 2019 09:18:00 217 0

Rusiya vətəndaşı olmaq asanlaşdı

Rusiya vətəndaşı ilə evlənən əcnəbi 1 ildən sonra vətəndaşlıq alacaq.

Rusiya prezidenti Vladimir Putinin imzaladığı sərəncamla əcnəbi vətəndaşın Rusiya vətəndaşı ilə evlənəcəyi təqdirdə, onun vətəndaşlıq alma hüququ 3 ildən 1 ilə endirilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Rusiya vətəndaşı ilə evlənən əcnəbi şəxs vətəndaşlıq almaq istədiyi təqdirdə bir ildən sonra rəsmi müraciət etməklə bu hüququ əldə edəcək.

Bu qərar həm Rusiya vətəndaşları ilə evlənənlərinin hüquqlarını qorumaq, həm də ölkədə demoqrafik vəziyyəti tənzimləmək məqsədi daşıyır.