Ruhani: "Prezident seçimi Amerika xalqının öz səlahiyyətindədir"


Dünya 25 Sen 2019 09:09:00 323 0

Ruhani: "Prezident seçimi Amerika xalqının öz səlahiyyətindədir"

İran prezidenti Həsən Ruhani, Tehranın ABŞ-ın növbəti prezidentinin hansı partiyanı təmsil edəcəyinə əhəmiyyət vermədiyini vurğulayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu sözləri İran lideri çərşənbə axşamı "Fox News" telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, Ruhaniyə sual verilib ki 2020-ci il seçkilərində demokrat partiyasının nümayəndəsi prezident olarsa, İranın ABŞ prezidenti ilə danışıqlar aparmağının asan olacağına inandığının olub-olmadığı soruşublar. Ruhani buna belə cavab verib: "Bizim üçün hansı partiyanın demokratik və ya respublikaçı partiyanın ABŞ prezidentinin təmsil olunmasının əhəmiyyəti yoxdur. Prezident seçimi Amerika xalqının öz səlahiyyətindədir. İnanırıq ki, Amerika öz öhdəliklərinə sadiq qalmalıdır istər demokratik, istərsə də respublika başçısı olmaqla".