Sürücü polislərə atəş açıb


Dünya 25 Sen 2019 08:59:00 233 0

Sürücü polislərə atəş açıb

Patrul polisi Kanadanın Saskaçevan əyalətində baş verən yol insidenti nəticəsində güllə yarası alıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə mervin kəndi yaxınlığında yolda baş verib. Polis işçiləri sürücünün sərxoş halda nəqliyyat vasitəsinin sürətlə idarə etdiyi haqqında məlumat alıblar. Tezliklə şübhəli avtomobil saxlanılıb, amma polis işciləri sənədlərin yoxlanılmasını istədikdə sürücü onlar tərəfə atəş açıb. Atışma nəticəsində bir polis və sürücü yaralanıblar.

Qeyd edək ki, polis sonda şübhəlini saxlaya bilib. Hər iki zərərçəkən ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb, lakin indi onların həyatları təhlükə altında deyil. İstintaq başladılıb. Digər detallar hələ açıqlanmayıb.