Britaniya parlamentinin Brexitlə bağlı iclası keçiriləcək


Dünya 25 Sen 2019 07:55:00 297 0

Britaniya parlamentinin Brexitlə bağlı iclası keçiriləcək

Böyük Britaniya Ali Məhkəməsinin Baş Nazir Boris Consonun qanunverici orqanın fəaliyyətinin dayandırılması qərarını qanunazidd elan etməsindən sonra parlamentin spikeri Con Berkou bəyan edib ki, sentyabrın 25-də parlament müvəqqəti fasilədən sonra yenidən öz işini davam etdirəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, parlamentin spikeri həmin gün saat 11:30-da bütün deputatları iclasa dəvət edib və müvafiq tədbirlərin görüldüyünü də qeyd edib. O əlavə edib: "Mən İcmalar Palatasında məsul şəxslərə təlimat vermişəm ki, parlamentin iclasının vaxtında keçirilməsi üçün bütün tədbirləri görsünlər. Mən, həmçinin partiya rəhbərləri, bu mümkün olmadıqda isə təmsilçiləri ilə danışaraq öz mövqeyimi izah etmişəm və İcmalar Palatasının işinə başlaması üçün onları da öz vəzifələrini yerinə yetirməyə çağırmışam".

Spikerin sözlərinə görə, söhbət heç də yeni parlament sessiyasının başlanmasından yox, məhz yarıda qalmış iclasların davamından gedir. O əlavə edib ki, məhz bu fəaliyyətin dayandırılması Ali Məhkəmənin 11 hakimi tərəfindən qanunazidd hesab olunub. Berkou vurğulayıb: "Birləşmiş Krallığın vətəndaşlarının parlamentin fəaliyyətinin davam etdirilməsi, onun icra hakimiyyətinə nəzarəti həyata keçirməsi və qərar qəbul olunduğu təqdirdə nazirlərdən hesab tələb etməsi üzrə hüquqları var.