Ağ Ev: Demokratlar Trampa hücum edərək vacib təşəbbüsləri əldən buraxıblar


Digərləri 25 Sen 2019 04:39:18 239 0

Ağ Ev: Demokratlar Trampa hücum edərək vacib təşəbbüsləri əldən buraxıblar

ABŞ-ın nümayəndələr palatasındakı demokratlar, ABŞ prezidenti Donald Trampa hücumları səbəbindən ictimaiyyət üçün vacib olan qanunverici təşəbbüslər əldən veriblər

Bakı, ABŞ-ın nümayəndələr palatasındakı demokratlar, ABŞ prezidenti Donald Trampa hücumları səbəbindən ictimaiyyət üçün vacib olan qanunverici təşəbbüslər əldən veriblər. Trend-in məlumatına görə, bu barədə Ağ Evin sözçüsü Stefani Qrişamın qanunverici orqanın aşağı palatasına dövlət başçısının impiçmenti başlaması ilə əlaqədar yaydığı yazılı açıqlamada bildirilir. Qeyd edək ki, Stefani Qrişam bunları bildirib: "Prezident Trampın bütün işlərini və nəticələrini geridə qoyaraq, nümayəndələr palatasının demokratları, bütün güclərini qərəzli siyasi hücumlara yönəltməklə bu ölkə xalqı üçün hər hansı bir qanunverici irəliləmə şansını məhv ediblər. Onların prezidentə etdiyi hücumlar nəinki qərəzli və acınacaqlıdır, eyni zamanda konstitusiya vəzifələrinə laqeyd münasibətdir".