Jonson və Quterreş Yəmən Liviya və Suriyanı müzakirə ediblər


Digərləri 25 Sen 2019 01:25:00 320 0

Jonson və Quterreş Yəmən Liviya və Suriyanı müzakirə ediblər

İngiltərənin Baş naziri Boris Jonson və BMT-nin baş katibi Antonio Quterreş Nyu-Yorkdakı görüşdə Yəmən, Liviya və Suriyanı, habelə iqlim dəyişikliyi ilə bağlı məsələləri müzakirə ediblər

Bakı. İngiltərənin Baş naziri Boris Jonson və BMT-nin baş katibi Antonio Quterreş Nyu-Yorkdakı görüşdə Yəmən, Liviya və Suriyanı, habelə iqlim dəyişikliyi ilə bağlı məsələləri müzakirə ediblər. Trend-in məlumatına görə, rəsmi bəyanatda deyilir: "İqlim dəyişikliyinə qarşı ikitərəfli müzakirələr aparıldı. BMT-nin baş katibi bu məsələdə İngiltərənin rəhbərliyini məmnuniyyətlə qarşıladı. Yəmən, Liviya və Suriyanı da əhatə edən xarici siyasət mövzularıda müzakirə olundu . İran mövzusunda gərginliyin azalmasının vacibliyi haqda tərəflər razılığa gələ bildilər".